Gəncədə qətlə yetirilən şəxsi  adı məlum olub.

"Unikal"ın məlumatına görə ölən şəxs şəhər sakini 1998-ci il təvəllüdlü M.Huseynovdur.

Qeyd edək ki, hadisə ölən və hadisəni törədən şəxsin işlədiyi marketdə baş verib. 

Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Sənan Şəfiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

*** 18:35

Gəncədə qətl hadisəsi törədilib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.

Belə ki gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

Tural Əhmədov