"Əl-Hilal"ın braziliyalı hücumçusu Neymarın atası Silva Santos oğlunun "Barselona"dan ayrılmasının əsl səbəbini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"PSJ-yə keçmək onun qərarı idi, hər şeyi dəyişmək qərarına gəldi. O vaxt "Barselona"da çətin vəziyyətlə üzləşmişdik, çünki idman rəhbərliyinin nə düşündüyünü bilmirdik. Belə görünürdü ki, klub Neymarın Messinin yerini tutmasını istəyirdi, mən isə oğlumun "Barselona"da qalmasını istəmirdim. Son günlərə qədər onun getməsinə mane olmağa çalışırdıq. Lakin o, Messinin mövqeyini tutmaq və "Barsa"nın ən böyük ulduzu olmaq istəmədiyi üçün ayrıldı", - Neymarın atası deyib. 

Xatırladaq ki, Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə keçib. Braziliyalının transferi parislilərə 222 milyon avroya başa gəlib. Sözügedən transfer bu günə qədər futbol tarixində ən böyük keçid hesab olunur.

Ağarza Elçinoğlu