İsveçrəli snoubordçu Sofi Hediqer Alp dağlarında xizək sürərkən qar uçqunu altında ölüb.

"Unikal" xəbər verir ki, bu barədə İsveçrə Xizək Federasiyasının rəsmi portalı məlumat yayıb.

“Biz bu faciəvi xəbərdən şoka düşdük. Sofinin ailəsinə başsağlığı veririk. Biz hədsiz dərəcədə kədərlənirik”, - deyə Federasiyanın rəhbəri Valter Roysser bildirib.

Hediqerin 26 yaşı var idi. Peşəkar karyerası ərzində idmançı snoubord kross üzrə 2023-cü il Universiadasının qalibi olub, həmçinin Dünya Kubokunun medalçısı olub. 2022-ci il Olimpiadasında isveçrəlilər 1/8 finala yüksəlib.