"Volodimir Zelenskinin beyni normal insanlar üçün anlaşılmazdır".
"Unikal" xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 1” kanalında yayımlanan “60 dəqiqə” verilişində deyib.
Diplomat Rusiya qazının Kiyev vasitəsilə Avropaya tranziti ilə bağlı siyasətçinin mövqeyini xatırladıb. Zelenski deyib ki, Rusiyadan Ukrayna ilə sərhəddə mavi yanacağın ödənişi “müharibənin maliyyələşdirilməsi” olacaq. Eyni zamanda, o, özü də xüsusi əməliyyat başa çatana qədər Avropanın aldığı Rusiya qazının pulunu ödəməyəcəyi fikrini düşünməyə hazır idi.
“Görürsən, bu adamın beyni normal insanlar üçün anlaşılmazdır. Yeri gəlmişkən, onun hər çıxışına münasibət bildirməyə ehtiyac yoxdur", - Rusiya XİN rəsmisi qeyd edib.