"Barselona"nın "Mançester Yunayted"in hücumçusu Markus Raşfordu hansı halda transfer edəcəyi bəlli olub.
"Unikal" xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi Raşfordu yalnız MY-də aldığından iki dəfə az maaşa oynamağa razılaşacağı təqdirdə, sıralarına cəlb edəcək.
Xatırladaq ki, daha öncə Mançester klubunun sözügedən futbolçunu bu qış satmağı planlaşdırdığı müəyyənləşib. "Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim Raşfordun adını son 3 oyunun iştirak ərizəsinə salmayıb.