Almaniya prezidenti Frank-Valter Ştaynmayer Almaniya parlamentini (Bundestaq - red.) buraxıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Almaniya Bundestaqına erkən seçkilər 23 fevral 2025-ci ildə keçiriləcək
Bundan əvvəl Almaniyanın keçmiş kansleri Angela Merkel demişdi ki, Xristian Demokrat İttifaqının lideri Fridrix Merz Almaniya kansleri postuna uyğun namizəddir.
Dekabrın 20-də Almaniya prezidenti dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar qəbul etmək niyyətində olduğunu bildirmişdi.
Hazırda Almaniyanın kansleri vəzifəsini Olaf Şolts tutur. O bəyan edib ki, qarşıdan gələn seçkilərdə müxalifətdə olan Xristian Demokrat İttifaqı və onun rəhbəri Fridrix Merz qalib gəlsə, Almaniyanın vitse-kansleri postunu tutmaq niyyətində deyil. Eyni zamanda o, yenidən Almaniya kansleri olmağa hazırlaşdığını qeyd edib.
Ağarza Elçinoğlu