Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan “Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.
"Unikal" apasport.az-a isrinadən xəbər verir ki, komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.
Klubdan bildirilib ki, araşdırmalar davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.
DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.