İngiltərənin “Tottenhem” komandası qışda heyətinə daha çox futbolçu qatmağı planlayır.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin sözlərinə görə, London klubunun baş məşqçisi Ange Postekoqlu heyətdə zədəli oyunçuların çox olması səbəbindən yanvarda yeni adlara ehtiyac duyacaq.

Qeyd edək ki, “Tottenhem” 18 turdan sonra topladığı 23 xalla 12-ci sırada qərarlaşıb.