Kiyev və Qərb rəsmiləri  hesab edir ki, Ukrayna ordusunun “Kursk oyunu” Ukraynanın bütün cəbhə xəttini təhdid edir.

"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə istinadən məlumat yayıb.

"Kiyevdə anonimlik şərti ilə həssas hərbi məsələləri sərbəst müzakirə edən beş Ukrayna və Qərb rəsmisi Kursk yaxınlığındakı oyunun bütün cəbhə xəttini (Ukrayna üçün - redaktorun qeydi) zəiflədəcəyindən qorxduqlarını bildiriblər", - nəşr yazır.

Agentliyin məlumatına görə, cəbhə xəttindəki bəzi ukraynalı komandirlər bildiriblər ki, Kursk vilayətində döyüş şəraiti ağırdır, Ukrayna Silahlı Qüvvələrinin əhval-ruhiyyəsi aşağıdır və buna görə də qoşunlar komandanlığın və hətta öz qərarlarını şübhə altına alırlar.