"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Yunanıstanın "Olimpiakos" komandasında ayrılıq reallaşıb.

"Unikal" xəbər verir ki, braziliyalı tanınmış futbolçu Villian komandanı tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yarımmüdafiəçi bu mövsüm 11 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la qarşılaşacaq.