"Bavariya"nın qış transfer pəncərəsi üçün hədəfləri müəyyənləşib.

"Unikal" xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Münhen təmsilçisi "Atletik"dən ispaniyalı vinger Niko Uilyamsı və "Ayntraxt"dan misirli hücumçu Ömər Marmuşu almağı planlayır.

“Bavariya” rəhbərliyi komandanı gücləndirmək üçün bu iki futbolçuya ehtiyac olduğunu düşünür. Bundesliqa klubu həmçinin üç oyunçudan xilas olmaq istəyir: Kingsli Koman, Leroy Sane və Serj Qnabri.

Xatırladaq ki, 15 oyunun nəticəsinə əsasən, “Bavariya” Bundesliqa turnir cədvəlinin lideridir.