İngiltərənin "Plimut Arqayl" klubu baş məşqçisi Ueyn Runi ilə yolları ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İngiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Runi bu ilin may ayında komandaya baş məşqçi təyin edilmişdi.
Runi indiyədək 4 komandanı çalışdırıb ki, bunların son üçündə istefaya göndərilib.