"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Bildirilib ki, 32 yaşlı futbolçu ilə "Əl-Nəsr" yaxından maraqlanır.

Klub rəhbərliyi yarımmüdafiəçinin Kriştiano Ronaldo ilə yaxşı münasibətinin olduğunu bilir. Bu, transfer ehtimalını daha da artırır.

Qeyd olunur ki, futbolçu özü də "Əl-Nəsr"ə keçməyə müsbət yanaşır. Kazemiro və Ronaldo "Real"da komanda yoldaşı olublar.