“Real” futbolçusu Antonio Rüdigerin müqaviləsini uzatmaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Almaniya millisinin də üzvü olan müdafiəçi ilə yaxın günlərdə danışıqların başlanacağı bildirilib.

2022-ci ildən Madrid klubunda çıxış edən Rüdigerin hazırkı sözləşməsi gələn ilin yayına qədərdir.

Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm "Real"da 26 oyunda meydana çıxıb.