Olimpiya Oyunlarının ən yaşlı qalibi, idman gimnastikası üzrə beşqat çempion Aqnes Keleti 104 yaşında Macarıstanda vəfat edib.
"Unikal" xəbər verir ki, 9 yanvar 1921-ci ildə Budapeştdə anadan olan Keleti 1940-cı ildə Macarıstan çempionu olub.
1952-ci ildə ilk qızıl medalını, 1956-cı il Olimpiadasında isə daha dörd medal qazanıb. Ümumilikdə Keleti 10 olimpiya medalı qazanıb.
8 sentyabr 2023-cü ildən o, dünyanın ən yaşlı olimpiya çempionu hesab olunur.