Sergen Yalçın yenidən "Beşiktaş"ı şalışdıracaq.

"Unikal" "NTV Spor"a istinadən xəbər verir ki, Türkiyə klubunun yeni prezidenti seçilən Serdar Adalı 52 yaşlı mütəxəssisi komandaya dəvət edib.

52 yaşlı mütəxəssislə 3,5 illik müqavilə imzalanacağı gözlənilir. Onun Superliqanın növbəti turunda “Bodrumspor”la matçda komanda ilə birgə olacağı da vurğulanıb.

Qeyd edək ki, 2020-ci ilin yanvarından 2021-ci ilin dekabrınadək "Beşiktaş"ın baş məşqçisi olan Sergen Yalçın komanda ilə Türkiyə Superliqasını və kubokunu qazanıb.