"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr İngiltərə nəhəngində çıxışını davam etdirəcək.
"Unikal" xəbər verir ki, 31 yaşlı futbolu doğma klubu ilə müqaviləsinin müddətini uzadıb. Məlumatı mankunianların mətbuat xidməti yayıb. Bildirilib ki, tərəflər arasında yenilənmiş müqavilə növbəti mövsümün sonuna qədər, yəni 2026-cı ilin yayına kimi qüvvədə olacaq.
Xatırladaq ki, Maquayr 2019-cu ildən “Mançester Yunayted”in şərəfini qoruyur. Bu müddətdə o, 222 matça çıxaraq, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.