Tehran nüvə proqramı ilə bağlı konstruktiv və təxirə salınmadan danışıqlara hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.
XİN rəhbəri Çinin CCTV kanalına verdiyi müsahibədə vurğulayıb ki, gələcək danışıqlar razılaşmaq məqsədi ilə aparılmalıdır: "Bizim nöqteyi-nəzərimizdən mövcud olan düstur, JCPOA-nın əvvəlki düsturu ilə eynidir. Yəni sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramı ilə bağlı inamın yaradılması. Bu əsasda biz danışıqlara hazırıq".
O, Donald Trampın Ağ Evə qayıtmasına toxunaraq əlavə edib ki, Tehran yeni Amerika hökumətinin siyasətlərini nəzərdən keçirdikdən sonra lazımi qərarları verəcək.
Ağarza Elçinoğlu