Almaniya kansleri Olaf Şolts fevralın 23-də Almaniyada keçiriləcək növbədənkənar parlament seçkilərindən əvvəl Moskvaya səfər edə bilər.
"Unikal" xəbər verir ki, bu barədə Bundestaqın deputatı və Xristian Demokrat İttifaqının (CDU) xarici siyasət üzrə eksperti Roderik Kizvetter sosial şəbəkədə yazıb.
"Kansler Şoltsun fevralın 23-dən əvvəl Moskvaya gedəcəyi, yəni Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi barədə getdikcə daha çox məlumat var", - parlamentar yazıb.