İngiltərə Premyer Liqasının XX turunda bu gün keçirilməsi planlaşdırılan "Liverpul" - "Mançester Yunayted" matçı ləğv oluna bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Liverpul şəhərində hökm sürən əlverişsiz hava şəraitidir. Hazırda həmin bölgəyə güclü qar yağır.

Qeyd edək ki, oyunun Bakı vaxtı ilə saat 20:30-da keçirilməsi nəzərdə tutulub.