Kolumbiya millisinin futbolçusu Xames Rodriqes yaxın günlərdə İspaniyanın "Rayo Valyekano" komandasını tərk edəcək.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisinin baş məşqçisi İniqo Pereslə münasibəti yaxşı deyil.
Futbolçu hazırda rəhbərliklə müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Xames Rodriqes bu mövsüm “Rayo Valyekano"nun heyətində cəmi 7 oyun keçirib. O,daha əvvəl “Monako” (Fransa), “Real Madrid” (İspaniya) və “Bavariya” (Almaniya) kimi tanınmış komandalarda çıxış edib.