Almaniyanın “Borussiya” (Dortmund) komandasının futbolçusu Donyel Malen Bundesliqa klubunu tərk etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərə “Aston Villa”sı ilə şəxsi razılıq əldə edib. Hər iki klub danışıqları müsbət sonlandırsa, niderlandlı oyunçu qış transfer dövründə Premyer Liqaya üz tutacaq.
Almaniya nəhənginin heyətində sonradan meydana daxil olan futbolçu yanvarda keçidin həll olunmasını istəyir.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm “Borussiya”nın heyətində 20 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.