"Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir".
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.
"Məsələ ilə bağlı 07.01.2025-ci il tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir", - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədiblər.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov və Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanov saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.