"Fənərbağça"nın idarə heyəti bu gün keçiriləcək İcraiyyə Komitəsinin iclasında Türkiyə Kubokunda iştirakla bağlı qərar qəbul edəcək.
"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, iclasda Superliqadakı hakimlər idarəsi ilə birlikdə klubun Türkiyə Kuboku ilə bağlı qərarının müzakirə ediləcəyi gözlənilir.
"Fənərbağça" klubunun Türkiyə Kuboku matçına əsas komanda ilə deyil, U-19 komandası ilə çıxacağı ehtimal edilir.
Qeyd edək ki, "Fənərbağça" klubu ötən il keçirilən Türkiyə Superkuboku matçında "Qalatasaray"la görüşə də U-19 komandası ilə meydana çıxıb, iki dəqiqə sonra isə meydanı tərk edib.