Rəşad Eyyubov Azərbaycan milli komandasının məşqçisi təyin olunub.

"Unikal" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. O, Fernandu Santuşun rəhbərlik etdiyi məşqçilər korpusunda çalışacaq.

R.Eyyubovla müqavilə 2028-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Eyyubov futbolçu karyerası ərzində “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “Sabah” və “Zirə” klublarının formasını geyinib.

O, 2015-2019-cu illərdə millinin heyətində 7 oyun keçirib. 32 yaşlı mütəxəssis “Sabah” klubunun U-19, əvəzedici və əsas komandasında məşqçi kimi fəaliyyət göstərib.