Moskvada çoxmərtəbəli binanın həyətində iki gənc oğlanın meyiti tapılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə yanvarın 3-də baş verib.
Belə ki, 23 yaşlı S.Stepan və həmyaşıdı A.İsfəndiyarovun meyitləri insanlar tərəfindən aşkarlanıb. Oğlanlar tapılanda çılpaq olub. Polisin məlumatına görə,hər ikisi narkotik istifadə edib və ehtimal ki, yaşadıqları mənzilin pəncərəsindən yerə yıxılıb.
Gənclərin düşdüyü mənzil Stepanın anasına məxsus olub. Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi faktla bağlı yoxlama aparır.