"Göztepe" basketbol komandasının "K'ANKA" adlı yeni maskotu ilk dəfə fəaliyyətə başladığı matçdan sonra saxlanılıb.
"Unikal" xəbər verir ki, o, Türkiyə 2-ci liqası çərçivəsində "Kağıtspor"la oyundan sonra polis bölməsinə aparılıb.
Simurq quşunu özünə maskot seçən və "K'ANKA" adlandıran "Göztepe" ilk dəfə onu təqdim edib.
"Kağıtspor"un 78:70 hesabı ilə qalib gəldiyi matçın son dəqiqələrində “Göztepe”yə qarşı verilən texniki follar azarkeşlərin narazılığına səbəb olarkən, "K’ANKA" maskotunu geyinən azarkeş də klub idarəçiləri ilə birlikdə hakimlərin üzərinə cumub.
Polislə də mübahisə edən "K'ANKA" və üç klub nümayəndəsi şöbədə ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.