Sankt-Peterburqdan Səmərqəndə uçan "Boeing 737" təyyarəsi Moskvanın Vnukovo hava limanında məcburi eniş edib.

"Unikal" rusiya mediasına istinadən xəbər verir ki, "Boeing 737" təyyarəsinin sərnişinləri başqa təyyarə ilə Səmərqəndə yola salınacaqlar.  

Təcili enişə təyyarənin göyərtəsindəki texniki nasazlıqlar səbəb olub.

Hazırda ehtiyat təyyarə Özbəkistana yola düşməyə hazırlanır. Nasaz təyyarə hava limanında təmir üçün qalır.

Qeyd edək ki, təyyarənin göyərtəsində 173 sərnişin və ekipaj üzvü olub, onlardan heç biri hadisə nəticəsində xəsarət almayıb.