Kanadanın Ontario əyalətinin baş naziri Duq Ford Alyaskanın ABŞ-dan alınmasını təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə CTV News məlumat yayıb.

Belə ki, siyasətçi ABŞ-ıni yeni seçilmiş prezidenti Donald Trampın Kanadanın Amerikanın bir hissəsi ola biləcəyi ilə bağlı bəyanatını şərh edib.

"Bilirsinizmi, mən prezident Trampa əks təklif vermək istəyirəm: gəlin Alyaskanı alaq?" - deyə Ford qeyd edib.

Siyasətçinin sözlərinə görə, ona əlavə olaraq ölkəyə Minnesota və Minneapolisi də əlavə etmək olar. Ford Kanadanın ABŞ-yə daxil olmasının qeyri-mümkün olduğunu vurğulayıb.