"Qarabağ” bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.

"Unikal" xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilib.

Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz", yanvarın 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq. 

Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək. Matçların canlı yayımlanması nəzərdə tutulmur.