Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin birinci turunun oyunlarına start verilib.

"Unikal" xəbər verir ki, A qrupunda “Ankaragücü” “İsgəndərun”la heç-heçə edib - 1:1. “Fatih Karagümrük” isə “Rizəspor”u 1:0 hesabı ilə məğlub edib.

D qrupunda “Beşiktaş” səfərdə “Sivasspor”u minimal hesabla (1:0) üstələyib.

“Antalyaspor” isə “Kocaelispor”a 3:1 hesabı ilə qalib gəlib.