Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağıraraq, ölkənin 500 milyard dollardan çox zərər çəkdiyini qeyd edib.
"Unikal" xəbər verir ki, Ərdoğanın sözlərinə görə, beynəlxalq ictimaiyyət zərər çəkmiş respublikanın bərpasına böyük töhfə verməlidir.
“13 il ərzində bu ölkəyə dəymiş ziyan 500 milyard dolları ötüb. Suriyaya səfər edən komandalarımız oradakı mənzərənin daha pis olduğunu iddia edirlər”, - deyə Türkiyə lideri bildirib.