Seysmoloqlar əsas zəlzələdən sonra Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində (TAR) fəlakət zonasında 500-dən çox yeraltı təkan qeydə alıblar.
"Unikal" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Şiqatse şəhəri ərazisində qeydə alınan zəlzələlərin 95%-ə qədərinin maqnitudası 3,0-dan az olub. Onlardan ən güclüsü 4,4 bal gücünə çatıb.
Xatırladaq ki, yanvarın 7-də 7,1 bal gücündə güclü zəlzələ baş verib. Kataklizm səbəbindən Everest turistlər üçün bağlanıb. Çin prezidenti Si Cinpin xilasetmə əməliyyatına göstəriş verib.
Seysmik hadisənin episentri Tibetin ikinci ən böyük məskunlaşdığı ərazi olan Şiqatse şəhərindən 163 km aralıda yerləşib.
Dinqri rayonunun sakinləri güclü yeraltı təkanlar hiss ediblər. Nəticədə çoxlu binalar uçub. Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.
Gülayə Mecid