"Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya transferində problem yaranıb.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial media hesabında məlumat yayıb.
“Klublar arasında şifahi razılığa və tibbi müayinənin planlaşdırılmasına baxmayaraq, Juninyonun "Sevilya"ya transferi ilə bağlı problemlər yaranıb.
“GonzaloTortosa”ya görə, müqavilə imzalanmaya bilər. “Flamenqo" futbolçuya daha yüksək maaş təklif edir”.
“Qarabağ” və “Sevilya”nın müqavilə şərtini pozduğu iddia edilib.
“Marca” qəzetinin yazdığına görə, Juninyonun “Sevilya”ya transferi son anda baş tutmayıb. Bildirilib ki, Braziliya “Flamenqo”su futbolçuya ispanların təklif etdiyindən 3 dəfə artıq maaş verir.
Məlumata görə, “Flamenqo” Juninyonu Braziliyaya qayıtmağa inandıra bilib.
Qeyd edək ki, bu transfer üçün Braziliya klubunun “Qarabağ”a 5 milyon avro ödəyəcəyi iddia edilir.