Rusiyalı rejissor və teleaparıcı Tiqran Keosayan klinik ölüm keçirdikdən sonra koma vəziyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə onun həyat yoldaşı Marqarita Simonyan "Telegram" kanalında məlumat verib.

"Həyat yoldaşım Tiqran Keosayan klinik ölüm keçirdi və komadadır. O, uzun müddətdir ki, ürək  xəstəsidir", - Simonyan yazıb.

Məlumata görə, 59 yaşlı Keosayan dekabrın sonunda xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini son dərəcə ağır kimi qiymətləndirirlər.