“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisi hücumçu Mixael Tike Dias Santosu heyətinə qatıb.

Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” komandası olub.