PSJ-nin və "Real"ın keçmiş qapıçısı Keylor Navas karyerasını Çilidə davam etdirməyə hazırlaşır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda azad agent statusu daşıyan 38 yaşlı qolkiper "Boka Xuniors"la danışıqlar aparırdı. Lakin tərəflər razılığa gələ bilməyiblər.
Məlum olub ki, Navas Çilinin "Kolo-Kolo" klubuna keçməyə yaxındır.
Qeyd edək ki, Keylor Navasın son klubu PSJ olub. O, 2019-2024-cü illərdə Paris təmsilçisinin formasını geyinib. Futbolçu bu müddət ərzində bütün turnirlərdə 115 matça çıxıb, 52-də qapısını toxunulmaz saxlayıb.