Amerikalı müğənni Teylor Svift nüfuzlu "Billboard" nəşrinə görə “XXI əsrin ən yaxşı sənətçiləri” reytinqində birinci yeri tutub.

"Unikal" xəbər verir ki, siyahı jurnalın saytında dərc olunub.

Svift müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Drake və Rihanna kimi sənətçiləri qabaqlayaraq reytinqə başçılıq edir. Aydın olur ki, jurnal bu zirvə ilə nəşrin Svift erası adlandırdığı 21-ci əsrin ilk 25 ilinə yekun vurub. Reytinq tərtib edilərkən ifaçıların "Billboard Hot 100" və "Billboard 200" cədvəllərindəki uğurları nəzərə alınıb.