Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, Sahil Məmmədov marşrut avtobusundan yıxılaraq, müxtəlif bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.

Onun Cəlilabadda yerləşən təhsil müəssisələrindən birinin tələbəsi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev