Ucar rayonunda 33 yaşlı qadın dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Rəstəcə kəndində olub.1992-ci il təvəllüdlü kənd sakini Qasımova Aytən Cəmaləddin qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək halsız duruma düşüb.
Zəhərlənən qadın təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov