Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərinin qayıdışı davam edir.

Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Unikal"a verilən məlumata görə, sabah Biləsuvar rayonunda salınmış qəsəbələrdən daha 20 ailənin - 91 sakin olmaqla Cəbrayıl şəhərinə köçürülməsi planlaşdırılır.

Bununla yanaşı, Bakı şəhərindən 11 ailə - 40 nəfər, Şirvan şəhərindən 2 ailə - 5 nəfər, Zaqatala rayonundan 1 ailə - 8 nəfər, Cəlilabad rayonundan 1 ailə - 6 nəfər, Şabran rayonundan 1 ailə - 5 nəfər, Mingəçevir şəhərindən 1 ailə - 4 nəfər, Hacıqabul rayonundan 1 ailə - 4 nəfər, Sumqayıt şəhərindən 1 ailə - 2 nəfər olmaqla 39 ailə - 165 nəfərin Cəbrayıl şəhərinə yola salınması gözlənilir.

Həmçinin qeyd olunub ki, bugünədək respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cəmi 287 ailə - 1 169 nəfər rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib. Sabahkı planlaşdırılan köçürülmə ilə bağlı olaraq bu say 326 ailə - 1 334 nəfərə çatacaq.

Xəlil Əliyev