Türkiyənin məşhur müğənnisi İrem Derici yıxılaraq xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.
Hadisə müğənninin konsertindən əvvəl baş verib. Evdə yıxılan müğənni xəstəxanaya aparılıb. İrem Dericinin kəllə-beyin travması aldığı bildirilir.
Onun bu səbəbdən konserti təxirə saldığı bildirilir, ifaçı hazırda müalicə alır.