Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları; 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sumqayıt Tibb Mərkəzinə hospitalizasiya edilib.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 12.01.2025-ci il tarixində saat 21:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 3 nəfər (2 qadın, 1 kişi cinsli), Uşaq Xəstəxanasına isə 2 nəfər (1 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.

"Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar",- deyə o əlavə edib.