Bakı Dövlət Universitetinin keçmiş prorektoru, polkovnik Rövşən Abdullayev 55 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə BDU-nun dosenti Fikrət Şiriyev məlumat paylaşıb.
O bildirib ki, mərhumun cənazəsi sabah 14:00-da Qələbə dairəsinin yaxınlığında yerləşən mənzilindən götürüləcək.
Qeyd edək ki, Rövşən Müslüm oğlu Abdullayev 1969-cu il sentyabrın 18-də Bakıda anadan olub. BDU-nun Şərqşünaslıq fakültəsini bitirdikdən sonra Milli Təhlükəsizlik orqanlarında xidmət göstərib, polkovnik rütbəsinə qədər yüksəlib.
O, 2005–2014-ci illərə BDU-nun Ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb.