Hakim “Gürcü Arzusu” partiyasının üzvləri İrakli Zarkua və Viktor Sanikidze Əbu-Dabidə hotelin restoranında onları təhqir edən şəxslə dava ediblər.

"Unikal" xəbər verir ki, bu barədə “Vzqlyad” qəzeti məlumat yayıb.

Məlumata görə, bir qrup deputat ailələri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində istirahət edir.

"Radikal müxalifət tərəfdarı Laşa Qabitaşvili hotelin restoranında onlara yaxınlaşaraq onları “rus qulları” adlandıraraq təhqir edib. Əvvəlcə deputatlar onu sakitləşdirməyə çalışsalar da, sonda dava düşüb", - qəzet aydınlaşdırıb.  

Gülayə Mecid