Xaçmazın sabiq icra başçısı vəfat edib
"Unikal" demokrat.az-a istinadən xəbər verir ki, Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
Sabiq icra başçısı bu gün 86 yaşında Xaçmaz şəhərində dünyasını dəyişib. Mərhum Bakıda dəfn olunacaq.
Qeyd edək ki, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1- aprel 1939 - cu ildə Ordubad rayonu Aşağı Əndəmic kəndində doğulub.