Lənkəranda dənizə çıxan 2 balıqçıdan xəbər yoxdur.
"Unikal"ın məlumatına görə, bu gün səhər saat 08:00-da balıq tutmaq məqsədi ilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar. Saat 17:00-da geri qayıtmalı olduqları halda, bu saata onlardan heç bir xəbər yoxdur.
Hazırda sahil mühafizə hissəsinin əməkdaşları balıqçıların axtarışlarını aparır.
Qeyd edək ki, hər iki şəxs uzun müddətdir ki, balıqçılıqla məşğuldular.
Xəlil Əliyev