Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında axşam müraciətində bildirib.

O qeyd edib ki, sanksiyalar Rusiyanın maliyyə sektoruna qarşı yönələcək:

“Biz təzyiqlərimizi koordinasiya etmək üçün tərəfdaşlarımızla işləməyə davam edəcəyik. İkinci sənəd isə sanksiyalardan yayınma cəhdlərinə görə cinayət məsuliyyəti haqqında qanun layihəsidir".

Zelenski əlavə edib ki, bu qanun layihəsi baxılmaq üçün Ali Radaya təqdim olunacaq.