Donald Tramp ABŞ prezidenti Co Baydeni ölkənin xarici siyasətini tarixin ən aşağı nöqtəsinə çatdırmaqda ittiham edib.
"Unikal" xəbər verir ki, o, bunu "Newsmax"a müsahibəsində demokratın Dövlət Departamentindəki çıxışını şərh edərkən bildirib.
"Bizim heç bir müharibəmiz olmazdı. Rusiya və Ukrayna olmazdı. Bizdə İsrail olmamalı idi; İsrail İran tərəfindən hücuma məruz qalmazdı. Amma bu son dörd il ərzində baş verənlərə nəzər saldıqda düşünürəm ki, bu, ölkəmizin tarixində ən aşağı nöqtə idi. Bu, sadəcə dəhşətdir", - deyə Tramp ifadə edib.
Bildirək ki, Bayden Dövlət Departamentindəki çıxışı zamanı dörd il ərzində xarici siyasətdəki uğurlarını açıqlayıb. Siyasətçinin sözlərinə görə, onun xarici siyasət komandası ABŞ prezidentliyi tarixində toplanmış ən yaxşı komandadır.
Bununla belə, Tramp hesab edir ki, əksinə, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasının yöndəmsizliyi və səriştəsizliyi yeni qlobal böhranlara səbəb olub.
Gülayə Mecid