Saratov vilayətinin Engels şəhərindəki sənaye müəssisəsində  pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində ziyan qeydə alınıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Busargin məlumat yayıb.

Rayon rəhbərinin sözlərinə görə, təcili yardım xidmətləri gücləndirilmiş iş rejimində işləyir. 

Dron hücumları Rusiyanın digər bölgələrində də qeydə alınıb. Tula vilayətinin qubernatoru Dmitri Milyaev gecə saatlarında 16 pilotsuz təyyarənin məhv edildiyini bildirib. Voronej üzərində səmada daha bir PUA vurulub.